EN

İsrail atəşkəsi pozmazsa, İran da pozmayacaq – Pezeşkian

Bakı. Trend:

İsrail atəşkəsi pozmadığı halda, İran da atəşkəs rejiminipozmayacaq.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (24iyun) Malayziya baş naziri Ənvər İbrahimlə telefon söhbətindədeyib.

Onun sözlərinə görə, İranın ABŞ-nin İrana hərbi hücumunareaksiyasından sonra atəşkəs təklifi irəli sürülüb. İran haqlıhüququnu reallaşdırmaq üçün dialoq aparmağa hazırdır.

Pezeşkian İranın mövqeyini dəstəklədiyinə görə Malayziyayatəşəkkürünü bildirib.

Pezeşkian deyib ki, İran qonşu və region ölkələri ilə əlaqələriinkişaf etdirmə və münasibətləri gücləndirmək ardıncadır. İranABŞ-nin hücumuna reaksiya vermək üçün məcburi şəkildə, istəmədəndost və qardaş Qətərdə ABŞ hərbi bazasına hücum etdi. Lakin buməsələ heç bir vəchlə Qətərlə qarşılaşmaq mənasında deyil.

Telefon söhbətində Malayziya baş naziri Ənvər İbrahim də İranınmövqeyini dəstəklədiyini və özünümüdafiə haqqının olduğunubildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Chosen
10
2
az.trend.az

3Sources