EN

Azərbaycan XİN İsrail və İran arasında atəşkəslə bağlı bəyanat yaydı


Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəslə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq”.

Bəyanatda vurğulanıb ki, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.

“Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq.

Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - deyə qeyd edilib.

Chosen
12
46
baki-xeber.com

10Sources