
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev böyük qızı Saida Mirziyoyevaya yüksək vəzifə verib.
Yeniavaz.com xəbər verir ki, o, prezident administrasiyasının rəhbəri vəzifəsini bərpa edib və bu vəzifəyə Saida Mirziyoyevanı təyin edib.
Bu barədə prezidentin mətbuat katibi Şerzod Əsədov bildirib.
Özbəkistanda prezident administrasiyasının rəhbəri vəzifəsi 2023-cü ilin avqustunda Mirziyoyevin fərmanı ilə ləğv edilib.
Həmin vaxt quruma Sardor Umurzakov rəhbərlik edib, sonra o, prezidentin xüsusi tapşırıqlar üzrə müşaviri təyin edilib.
Saida Mirziyoyeva 2023-cü ilin avqustundan prezidentin köməkçisi vəzifəsini tutub.

Saida Mirziyoyeva