Naxçıvanda avtomobil velosipedçini vurub.
Avtosfer.az xəbər verir ki, hadisə Naxçıvan şəhər ərazisində qeydə alınıb. Belə ki, avtomobil yolda hərəkətdə olan Şərur rayonu Xanlıqlar kənd sakini, 1961-ci il təvəllüdlü Niftəliyev Fəxrəddin Yaqub oğlunu vurub.
Velosipedçi Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(nuhçıxan)