ABŞ Prezidenti Donald Tramp atəşkəs rejiminin pozulması ilə bağlı İsrailə müraciət edib.
Axar.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” səhifəsində yazıb.
“Bu bombaları atmayın. Bu, ciddi pozuntu olacaq. Pilotlarınızı dərhal evə qaytarın”, - Tramp bildirib.
Qeyd edək ki, bu gün İsraillə İran arasında atəşkəs razılığı əldə edilib. Bundan sonra isə İranın İsrailə raket atdığı bildirilib. İsrail müdafiə naziri İsrail Katz İranın atəşkəsi pozmasına sərt şəkildə cavab veriləcəyini açıqlayıb.