EN

İlon Mask kompüterdən İMTİNA ETDİ

Ajans.az xəbər verir ki, bu barədə “Wired” məlumat yayıb.  Son aylarda Elon Musk və Sam Altmanın OpenAI şirkəti bir-birlərinə qarşı bir neçə məhkəmə iddiası qaldırıblar. Onlardan birinə baxılan zaman Maskın məhkəmədəki nümayəndələri milyarderin kompüterində saxlanıldığı iddia edilən sənədlərin ələ keçirilməsinin qarşısını almağa çalışıblar. Sahibkarın vəkilləri bildiriblər ki, o, fərdi kompüterdən istifadə etmir, ona görə də Maskın şəxsi sənədlərini açıqlamaq mümkün deyil. Maskın kompüterdən nə vaxt imtina etdiyi dəqiq bilinmir. Sahibkar sosial şəbəkələrdəki paylaşımlarında dəfələrlə PC-nin adını çəkib və hətta onun görüntüsünü də göstərib. Belə ki, 2024-cü ilin fevralında milyarder “Microsoft” hesabı yaratmadan Windows 11-i kompüterə quraşdıra bilməyəcəyindən şikayətlənib. Jurnalistlər hesab edirlər ki, İlon Maskın vəkilləri müvəkkillərini qorumaq üçün məhkəməni qəsdən çaşdırırlar. Maskın X sosial şəbəkəsinin bir neçə əməkdaşı anonimlik şərti ilə öz müdirini bir neçə dəfə onun noutbukunda gördüklərini bildiriblər. Eyni zamanda etiraf ediblər ki, sahibkar əsasən öz smartfonunda işləyir.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
53
42
Ajans.az

10Sources