AZ

Tramp DOGE ni Maskın biznesini yoxlamağa çağırdı

News24 portalından verilən məlumata əsasən, ain.az bildirir.

Prezident Donald Tramp özünün sosial media hesabında ABŞ Hökumətinin Səmərəliliyi Departamentini (DOGE) əvvəllər həmin quruma rəhbərlik etmiş milyarder İlon Maskın biznesini yoxlamağa çağırıb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ dövlət başçısının bu bəyanatı milyarderin xərclər və vergilər barədə qanun layihəsini tənqid etməsi fonunda səslənib.

Donald Trampın fikrincə, İlon Maskın şirkətləri dövlətin subsidiyaları hesabına fəzaya peyklər buraxmasaydı və elektrik avtomobilləri istehsalı etməsəydi, ABŞ həmin sərvətə qənaət etmiş olardı. Prezident, həmçinin vurğulayıb ki, əgər bu subsidiyalar olmasaydı, Mask mağazalarını bağlayıb vətəni Cənubi Afrika Respublikasına qayıdardı.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
10
news24.az

10Mənbələr