EN

Binaların tikintisi üçün yeni qaydalar

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi qaydaları müəyyənləşdirilir.

ÖlkÉ™.az xÉ™bÉ™r verir ki, mÉ™sÉ™lÉ™ Milli MÉ™clisin bu gün keçirilÉ™n plenar iclasında müzakirÉ™ olunan MÉ™nzil MÉ™cÉ™llÉ™sindÉ™ dÉ™yiÅŸiklik edilmÉ™si barÉ™dÉ™ qanun layihÉ™sindÉ™ öz É™ksini tapıb.

Qanun layihəsinə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş, icbari sığortası olan yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabına tikintisi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərar qəbul edilə biləcək.

Həmin qərarda sifarişçinin funksiyalarını yerinə yetirəcək dövlət orqanları (qurumları) müəyyən ediləcək.

Məcəllədə nəzərdə tutulan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair tələblər yuxarıda müəyyən edilmiş hallara şamil edilməyəcək.

Qanun layihəsi ilk oxunuşda qəbul edilib.

Chosen
5
28
olke.az

10Sources