EN

Həbs edilmiş Karapetyanı "İrəvan-Kentron" cəzaçəkmə müəssisəsinə köçürüblər

İrəvanda həbs edilmiş iş adamı - "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanı "İrəvan-Kentron" cəzaçəkmə müəssisəsinə köçürüblər.

"Report" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin cəzaçəkmə xidmətinin mətbuat katibi Nona Navikyan məlumat verib.

"Qərar xidməti zərurətdən irəli gələrək qəbul edilib", - o bildirib.

Daha əvvəl Karapetyan erməni həbsxanalarındakı hüquqları pozulmuş məhbuslara kömək etmək niyyətində olduğunu bəyan etmişdi. Məlumata görə, S.Karapetyanın fəallığı həbsxanada mümkün qiyam ilə bağlı narahatlıq yaradıb.

Qeyd edək ki, iyunun 18-də İrəvan şəhərinin birinci instansiya məhkəməsi iş adamı Samvel Karapetyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Ermənistan KİV-nin məlumatına görə, S.Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi, yəni hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina, konstitusiya quruluşunun zorakılıqla devrilməsi ilə ittiham olunur.

Chosen
40
report.az

1Sources