EN

İsrail üç mərhələdə İrana hücum edib – İranın Xatəm Əl-Ənbiya Qərargahı

Bakı. Trend:

Bu gün səhər 09:00-dək İsrail üç mərhələdə İranın ərazisindəkimərkəzlərə hücum edib.

Trend-inməlumatına görə, bunu İranın Xatəm Əl-Ənbiya Qərargahının sözçüsüİbrahim Zülfüqari yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri bundan öncə bildiribki, heç bir təcavüz cavabsız qalmayacaq və İsrail buna görəcavabdeh olacaq.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

Chosen
30
1
az.trend.az

2Sources