EN

May ayında Türkiyədən İrana xalça ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin may ayında İrana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 60,8 faiz azalaraq, 228 min 70 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – may aylarında Türkiyədən İrana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz artaraq, 15 milyon 9 min 2 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 1 milyard 124 milyon 755 min dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 234 milyon 133 min dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 10,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 2 milyard 795 milyon 207 min dollar məbləğində xalça ixrac edib.

Chosen
23
38
turkic.world

10Sources