EN

Çin İsrail və İranı mümkün qədər tez siyasi həll yoluna qayıtmağa çağırır

ABŞ prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs elan etməsindən sonra Çin tərəfləri tezliklə siyasi həll yoluna qayıtmağa çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Caikun Pekində keçirilən mətbuat konfransında AA müxbirinin mövzu ilə bağlı sualını cavablandırıb.

Çinin Yaxın Şərqdəki hadisələri yaxından izlədiyini ifadə edən sözçüsü Quo, gərginliyin daha da artmasını istəmədiyini və ən qısa zamanda atəşkəsin əldə olunmasına ümid etdiyini bildirib.

“Bütün tərəfləri mümkün qədər tez siyasi həll yoluna qayıtmağa çağırırıq”

Sülhün ancaq danışıqlarla əldə oluna biləcəyinə və problemlərin həllinin doğru yolunun dialoq və məsləhətləşmələr olduğuna diqqət çəkən Quo, "Bütün tərəfləri ən qısa zamanda siyasi həll yoluna qayıtmağa çağırırıq" dedi.

Çin sözçüsü Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəklərini vurğulayıb.

ABŞ prezidenti Donald Tramp bu səhər İsrail və İran arasında 12 günlük münaqişədən sonra tərəflərin atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.

Chosen
3
2
kommersant.az

3Sources