Sitat.info saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs elan etməsindən sonra Çin tərəfləri siyasi həll yoluna qayıtmağa çağırıb.
Sitat.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Caikun Pekində jurnalistlərin sualını cavablandırıb.
Çinin Yaxın Şərqdəki hadisələri yaxından izlədiyini ifadə edən sözçüsü Quo, gərginliyin daha da artmasını istəmədiyini və ən qısa zamanda atəşkəsin əldə olunmasına ümid etdiyini bildirib.
Quo Caikun Sülhün ancaq danışıqlar yolu ilə əldə oluna biləcəyinə və problemlərin həllinin doğru yolunun dialoq və məsləhətləşmə yolu ilə olduğuna diqqət çəkib: "Bütün tərəfləri ən qısa zamanda siyasi həll yoluna qayıtmağa çağırırıq".
Çin sözçüsü Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi üçün beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu səhər İsrail və İran arasında 12 günlük münaqişədən sonra tərəflərin atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.
Aytac,
Sitat.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.