EN

NATO sammitində müttəfiqlər Ukraynaya dəstəyi təsdiq edəcəklər

NATO-nun Haaqada keçiriləcək sammitində Şimali Atlantika Alyansı ölkələri Ukraynaya dəstəyini təsdiqləyəcək, lakin onun bloka daxil olması üçün konkret tarixlər deməyəcək...

Poliqon xəbər verir ki, bu barədə Politico mənbələrə istinadən yazır.

"Bu, Ukrayna məsələsinə sammitdə mühüm yer vermək üçün indiki şəraitdə tapılan yaxşı yoldur", deyə mənbə bildirib.

Qeyd olunur ki, NATO ölkələrinin milli müdafiə xərclərində Ukraynaya yardım nəzərə alınacaq. Bundan başqa, mənbənin sözlərinə görə, sammitin yekun bəyannaməsində hərbi blokun bütün ölkələri tərəfindən Kiyevə kollektiv dəstək haqqında bənd də yer alacaq.

Bir gün əvvəl NATO-nun baş katibi Mark Rutte əmin etdi ki, Şimali Atlantika Alyansının qarşıdan gələn sammiti Ukraynanın üzvlüyünün dönməzliyi ilə bağlı mövqeyə heç bir şəkildə təsir etməyəcək. O vurğulayıb ki, müttəfiqlərlə razılaşma əsasında bu prinsip Haaqada keçiriləcək sammitdən sonra da qüvvədə qalacaq.

Sammit iyunun 24-25-də Haaqada baş tutacaq. Sammitin müzakirə mövzuları çəkindirmə və müdafiə olacaq. İclasın əsas məqsədi alyansa üzv dövlətləri ümumi büdcə ayırmalarını ÜDM-in 5%-nə çatdırmağa həvəsləndirməkdir ki, bunun da 3,5%-i birbaşa hərbi maliyyələşdirməyə, 1,5%-i isə köməkçi maliyyələşdirməyə yönəldiləcək.

Poliqon.info

 

Chosen
11
2
poliqon.info

3Sources