AZ

NATO sammiti Kiyevə nə verəcək? | VİDEO

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşrinin yaydığı məlumatda belə deyilir.

“Bu, Ukrayna məsələsinə sammitdə mühüm yer vermək üçün indiki şəraitdə tapılan yaxşı yoldur. Sammitin yekun bəyannaməsində hərbi blokun bütün ölkələri tərəfindən Kiyevə kollektiv dəstək haqqında bənd daxil ediləcək”,- qəzetin həmsöhbəti bildirib.

Məlumatda qeyd olunur ki, Ukraynaya yardım NATO ölkələrinin milli müdafiə xərclərində nəzərə alınacaq.

NATO Kiyevə 40 milyard avro verməyi planlaşdırır| VİDEO
Bundan əvvəl NATO-nun baş katibi Mark Rütte əmin edib ki, Şimali Atlantika Alyansının qarşıdan gələn sammiti Ukraynanın üzvlüyünün dönməzliyi ilə bağlı mövqeyə təsir etməyəcək. O, müttəfiqlərlə razılığa əsasən, bu prinsipin Haaqada keçiriləcək sammitdən sonra da qüvvədə qalacağını vurğulayıb.

Xatırladaq ki, sammit iyunun 24-25-də Haaqada baş tutacaq. Onun mövzuları çəkindirmə və müdafiə olacaq. İclasın əsas məqsədi alyansa üzv dövlətləri ümumi büdcə ayırmalarını ÜDM-in 5%-nə çatdırmağa həvəsləndirməkdir ki, bunun da 3,5%-i birbaşa hərbi maliyyələşdirməyə, 1,5%-i isə köməkçi maliyyələşdirməyə ayrılacaq.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
2
2
azvision.az

3Mənbələr