EN

Problemli kreditlərdən necə xilas ola bilərik? - VİDEO

Problemli kreditlər artıb. Statistik rəqəmlərə görə, ən çox problemli kredit istehlak üzrə borclarda qeydə alınıb.

"Unikal" Xəzər TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, problemli kreditlərin məbləğində olan artımın əsas səbəbkarları elə banklardır. Daha dəqiq desək bir mesajla, insanları asan kredit almağa cəlb edən şərtləri…

İqtisadçi Eldəniz Əmirovun sözlərinə görə, borcun müddətinə və ya məbləğinə yenidən baxılaraq, ödənilə biləcək hala gətirilməsi ən sadə yoldur.

O da bildirilib ki, problemli kreditlərin ümumi kredit portfelindəki payı riskli həddə deyil. Ümumi kredit portfelində iki faizdən az yer tutur. Beynəlxalq standartlara görə, bu pay 3 faizdən aşağı olduqda bank sektoru üçün elə də riskli sayılmır.

Chosen
17
5
unikal.az

6Sources