Ajans.az bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması İdarəsi (AFAD) istinadən xəbər verir. Bildirilib ki, 4,5 bal gücündə zəlzələnin episentri Adananın Saimbeyli rayonu olub. Yeraltı təkan yerli vaxtda 07:09-da qeydə alınıb. Zəlzələnin yeraltı ocağı 6,96 kilometr dərinlikdə olub. Zəlzələnin Saimbeyli rayonunun yaşayış məntəqələrində hiss olunduğu bildirilir.