EN

“Atəşkəs razılaşması yoxdur”

İranın xarici işlər naziri Abbas Araqçı ölkəsinin hələ də İsraillə atəşkəs razılaşmasına nail olmadığını açıqlayıb. XİN başçısı məsələ ilə bağlı “X” sosial media platformasında açıqlama verib.

İranlı nazir, “Hazırda atəşkəs və ya hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq yoxdur. Lakin İsrail rejimi İran xalqına qarşı qanunsuz təcavüzünü ən geci səhər saat 04:00-a qədər dayandırarsa, o vaxtdan sonra cavabımızı davam etdirmək fikrimiz yoxdur. İran dəfələrlə açıqladığı kimi, müharibəni İran deyil, İsrail başlayıb”, – deyib.

Araqçı bildirib ki, İranın hərbi əməliyyatları dayandırması ilə bağlı yekun qərar daha sonra veriləcək.

Chosen
7
vaxt.az

1Sources