EN

SON DƏQİQƏ! İsrail və İran arasında atəşkəs QÜVVƏYƏ MİNDİ

İsrail və İran arasında atəşkəs başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə hər iki ölkənin rəsmi dövlət telekanalları məlumat yayıb. 

İran mediasının məlumatına görə, raket buraxılışlarının son dalğası Bakı vaxtı ilə saat 08:00-dək baş verib.

Qeyd edək ki, gecə saatlarında ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin əldə olunduğu ilə bağlı məlumat yayıb. 

Xatırladaq ki, 2025-ci ilin iyun ayında İranla İsrail arasında uzun illər davam edən geosiyasi gərginlik nəhayət ki, açıq hərbi toqquşmaya çevrilib. ABŞ-ın 22 iyun tarixində İranın nüvə obyektlərinə endirdiyi hava zərbəsi ilə münaqişə daha da alovlanıb.

Bunun ardınca İsrail Hərbi Hava Qüvvələri hücumlara başladı və İranın müxtəlif bölgələrində yerləşən nüvə obyektləri (Fordo, Natanz və İsfahan), hava limanları, PUA zavodları, raket bazaları və hətta Tehranın Evin həbsxanası kimi simvolik hədəfləri vurdu.

İran isə cavab olaraq ballistik raketlərlə İsrail şəhərlərini, eyni zamanda ABŞ-ın Yaxın Şərqdəki bazalarını hədəf alıb. 

Bizim.Media 

Chosen
2
1
bizim.media

6Sources