AZ

Tarixdə ən qısa ATƏŞKƏS - İrandan İsrailə yenə raket atıldı – VİDEO

İsraillə İran arasında bir neçə saat əvvəl əldə olunan atəşkəs pozulub.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Belə ki, İrandan İsrailin Hayfa şəhərinə doğru raket atılıb.

Qeyd edək ki, gecə saatlarında ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin əldə olunduğu ilə bağlı məlumat yayıb. Bakı vaxtı ilə saat 08.00-dan etibarən atəşkəs qüvvəyə minib.

Xatırladaq ki, 2025-ci ilin iyun ayında İranla İsrail arasında uzun illər davam edən geosiyasi gərginlik nəhayət ki, açıq hərbi toqquşmaya çevrilib. ABŞ-ın 22 iyun tarixində İranın nüvə obyektlərinə endirdiyi hava zərbəsi ilə münaqişə daha da alovlanıb.

Bunun ardınca İsrail Hərbi Hava Qüvvələri hücumlara başladı və İranın müxtəlif bölgələrində yerləşən nüvə obyektləri (Fordo, Natanz və İsfahan), hava limanları, PUA zavodları, raket bazaları və hətta Tehranın Evin həbsxanası kimi simvolik hədəfləri vurdu.

İran isə cavab olaraq ballistik raketlərlə İsrail şəhərlərini, eyni zamanda ABŞ-ın Yaxın Şərqdəki bazalarını hədəf alıb.



Bizim.Media

Seçilən
1
1
bizim.media

6Mənbələr