Türkiyənin Adana şəhərində 4,5 maqnitudalı zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla 07:09-da (Bakı vaxtı ilə 08:09-da) qeydə alınıb.
Yeraltı təkanların episentri Saimbeyli rayonunda olub. Zəlzələnin ocağı 6,96 km dərinlikdə yerləşib.