Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
London və Kiyev uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) və dron-müdafiə sistemlərinin birgə istehsalını başlatmaq barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə danışıqların nəticələrinə dair teleqramda bildirib.
“ Bu sahədə qarşılıqlı əməkdaşlıq Ukraynaya mühüm layihələrin, xüsusilə də dron-müdafiə sistemlərinin və uzaqmənzilli dronların istehsalı üçün sabit maliyyələşdirmə əldə etməyə imkan verəcək”, – Ukrayna lideri vurğulayıb.
Onun sözlərinə görə, danışıqlar zamanı Kiyev həmçinin Britaniyadan Ukraynanın hava hücumundan müdafiə sisteminin (HHM) gücləndirilməsinə nail olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.