EN

"Turan Tovuz" Kabo-Verde millisinin üzvünü transfer edib

"Turan Tovuz" Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə anlaşıb.

Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib.

26 yaşlı futbolçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini qoruyub.

Chosen
17
30
cbcsport.az

10Sources