EN

Doğrudanmı Medvedyev bunu deyib? - Tramp

Əgər bunu deyibsə və bu açıqlama təsdiqlənibsə, xahiş edirəm, dərhal mənə məlumat verin.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin İrana nüvə tədarükü ilə bağlı açıqlamasını şərh edərkən deyib.

“Rusiyanın keçmiş prezidenti Medvedyevin təsadüfən bir söz dediyini, onun və digər dövlətlərin İrana nüvə başlıqları verəcəklərini dediyini eşitdimmi? Doğrudanmı o, bunu deyib? Yoxsa bu, mənim xəyalımın məhsuludur? Əgər bunu deyibsə və bu açıqlama təsdiqlənibsə, xahiş edirəm, dərhal mənə məlumat verin. Belə sözə o qədər də yüngül yanaşmaq olmaz”, - Tramp qeyd edib.

Chosen
7
2
axar.az

3Sources