EN

Azərbaycan klubunun yeni baş məşqçisi bəlli oldu

Azərbaycan I Liqasında çıxış edən "Difai" kollektivinin yeni baş məşqçisi müəyyənləşib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, bölgə təmsilçisi Araz Bağırova tapşırılıb.

43 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Araz Bağırov son olaraq "Kəpəz" klubunda baş məşqçi köməkçisi kimi fəaliyyət göstərib.

Chosen
17
7
90deqiqe.az

9Sources