Azərbaycan I Liqasında çıxış edən "Difai" kollektivinin yeni baş məşqçisi müəyyənləşib.
Klubdan verilən məlumata görə, bölgə təmsilçisi Araz Bağırova tapşırılıb.
43 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Araz Bağırov son olaraq "Kəpəz" klubunda baş məşqçi köməkçisi kimi fəaliyyət göstərib.