EN

Psixoloqların işə qəbulu ilə bağlı apellyasiya komissiyası fəaliyyətə başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayır.

Valyuta.az xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlərə 24-25 iyun tarixlərində saat 14:30-dan 17:00-dək BŞTİ-yə yaxınlaşaraq psixoloqların işə qəbul müsabiqəsinin Apellyasiya komissiyasına müraciət etmək imkanı yaradılıb.

Müraciət edənlərin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiqləyən sənədlərini özləri ilə gətirməsi vacibdir.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərin nəticələri barədə məlumat SMS vasitəsilə namizədlərin əlaqə nömrələrinə göndərilib.

Chosen
6
5
valyuta.az

10Sources