EN

Netanyahu müharibənin BİTƏCƏYİ tarixi AÇIQLADI

“İsrailin mövcudluğuna qarşı təhlükələri aradan qaldırmaq üçün hərbi əməliyyatlara başlamışıq”

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin təhlükəsizliyinə yönəlmiş əsas təhdidlər – nüvə və ballistik raket təhlükəsini neytrallaşdırmaq məqsədilə hərbi əməliyyatlara start verildiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Netanyahu əməliyyatların zərurət çərçivəsində aparılacağını, lazımsız addımlardan yayınacaqlarını bildirib:

“Biz bu hədəflərə mərhələli şəkildə yaxınlaşırıq və əsas məqsədimizə çatmağa çox az qalıb”.

Baş nazirin sözlərinə görə, İsrail qüvvələri İranda müəyyən edilmiş strateji hədəfləri vurduqdan sonra əməliyyatın genişləndirilməsi planlaşdırılmır:

“Əməliyyatı nə vaxtından əvvəl dayandıracağıq, nə də lazımsız şəkildə uzadacağıq. Artıq əhəmiyyətli nəticələr əldə etmişik və indi ABŞ Prezidenti Trampın dəstəyi ilə məqsədimizə daha da yaxınlaşmışıq”, – deyə Netanyahu vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Chosen
6
1
konkret.az

2Sources