EN

PSJ onu heyətində saxlamaq istəyir

PSJ-nin hücumçusu Bredli Barkolanın bu yay "Bavariya"ya keçidi real görünmür.

90deqiqe.Az xəbər verir ki, Münhen klubu 22 yaşlı fransalı vingeri yay transfer pəncərəsində əsas hədəflərdən biri kimi müəyyənləşdirsə də, Paris təmsilçisi futbolçunu satmaq istəmir.

Fransa nəhəngi Barkolanı klubun gələcək planlarında əsas fiqurlardan biri hesab edir və onunla yeni müqavilə imzalamağı planlaşdırır. Gənc oyunçunun hazırkı müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

"Transfermarkt" portalının məlumatına görə, Barcolanın bazar dəyəri 70 milyon avro təşkil edir. "Bavariya"nın transfer siyahısında həmçinin "Atletik"dən Niko Uilyams və "Milan"dan Rafaël Leau da yer alır.

Chosen
24
90deqiqe.az

1Sources