EN

Azərbaycan yığmasının Dünya kuboku üçün heyəti açıqlanıb

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Polşanın Rzeşov şəhərində keçiriləcək akrobatika üzrə Dünya kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, yarışda Milana Əliyeva - Sabir Ağayev, Murad Rəfiyev - Daniel Abbasov dueti, həmçinin Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, Abdulla Al-Meşaixi və Nəzrin Zeyniyeva, Anahitə Bəşirli, Zöhrə Rəşidlidən ibarət qrup çıxış edəcək.

İyunun 27-də start götürəcək turnir 3 gün davam edəcək.

Qeyd edək ki, iki həftə əvvəl Bakıda keçirilən Dünya kuboku mərhələsində komanda iki qızıl və bir gümüş medal qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
2
sport24.az

3Sources