Polşanın Rzeşov şəhərində keçiriləcək akrobatika üzrə Dünya kuboku üçün yığmamızın heyəti açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, yarışda Milana Əliyeva - Sabir Ağayev, Murad Rəfiyev - Daniel Abbasov dueti, həmçinin Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, Abdulla Al-Meşaixi və Nəzrin Zeyniyeva, Anahitə Bəşirli, Zöhrə Rəşidlidən ibarət qrup çıxış edəcək.
İyunun 27-də start götürəcək turnir 3 gün davam edəcək.
Qeyd edək ki, iki həftə əvvəl Bakıda keçirilən Dünya kuboku mərhələsində komanda iki qızıl və bir gümüş medal qazanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta