EN

Jurnalistika fakültəsində 6 yeni ixtisas açılacaq

Metbuat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı Dövlət Universitetində magistratura səviyyəsində jurnalistika ixtisasına yeni ixtisaslaşmalar əlavə edilib.

Bu barədə Metbuat.az-a açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zivəroğlu məlumat verib.

Onun sözlərinə görə, yeni ixtisaslaşmalara qəbul 2026/2027 tədris ilindən həyata keçiriləcək:

“Yeni ixtisaslaşmaların hər biri olduqca əhəmiyyətli istiqamətlər və eləcə də müasir dövrün əsas çağırışlarına cavab verən sahələrdir. Yeni ixtisaslara “Beynəlxalq ictimai və siyasi kommunikasiya”, “Onlayn və multimedia jurnalistikası”, “İqtisadi jurnalistika”, “Sosial media və vətəndaş jurnalistikası”, “Ekstremal jurnalistika” və “İctimaiyyətlə əlaqələr” aid olacaq”.

V.Zivəroğlu qeyd edib ki, bundan əvvəlki ixtisaslaşmaların da tədris proqramları və planları dəyişdiriləcək:

“Hazırda onların üzərində də işləyirik. Maksimum dərəcədə yeni fənlər salınması nəzərdə tutulub. Bu dəyişikliklər həmin ixtisaslaşmalar üzrə həm də ikili diplom proqramlarının həyata keçirilməsinə də kömək etmiş olacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
131
27
metbuat.az

10Sources