BAKI, TurkicWorld
Türkiyə və Somali arasında diplomatik təmaslar davam edir.
TurkicWorld xəbər verir ki, xarici işlər naziri Hakan Fidan Ankarada Somali Limanları və Dəniz Nəqliyyatı naziri Abdulkadir Muhammed Nur ilə görüşüb.
Görüş barədə məlumat Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi X (keçmiş Twitter) hesabında paylaşılıb.
Qeyd edək ki, Türkiyə son illərdə Afrika ölkələri ilə siyasi və iqtisadi əlaqələrini genişləndirmək istiqamətində diplomatik fəallığını artırıb.