EN

Zaqatalada Talaçay çayından sel keçib, mühafizə bəndi qəzalı vəziyyətə düşüb

Zaqatalada Talaçay çayında sel suları mühafizə bəndini qəzalı vəziyyətə salıb

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, güclü yağışlar nəticəsində Talaçay çayında suyun səviyyəsinin artması Zaqatala şəhərinin Nizami küçəsinin mühafizəsini təmin edən daş-beton bəndin bir hissəsini yararsız vəziyyətə salıb.

Sakinlər bildiriblər ki, həmin bənd 1980-ci illərdə inşa edilib və istismar müddəti artıq başa çatıb.

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ceyhun Mirzəyev "Report"un yerli bürosuna bildirilib ki, çayda suyun səviyyəsinin artması bəzi ərazilərdə təhlükə yaradıb:

"Şəhərin bir hissəsini sel sularından mühafizə edən bənddə çatlar yaranıb və həmin ərazidə torpaq sürüşməsi qeydə alınıb. İdarə tərəfindən layihə hazırlanaraq həmin ərazidə 300 paqono metr bəndin inşası nəzərdə tutulur".

Chosen
13
6
report.az

7Sources