ain.az bildirir, Olke.az saytına əsaslanaraq.
Zaqatalada Talaçay çayında sel suları mühafizə bəndini qəzalı vəziyyətə salıb.
Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, güclü yağışlar nəticəsində Talaçay çayında suyun səviyyəsinin artması nəticəsində Zaqatala şəhərinin Nizami küçəsinin mühafizəsini təmin edən daş-beton bəndin bir hissəsi yararsız vəziyyətə düşüb.
Sakinlər bildiriblər ki, həmin bənd 1980-ci illərdə inşa edilib və istismar müddəti artıq başa çatıb.
Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ceyhun Mirzəyev "Report"un yerli bürosuna bildirib ki, çayda suyun səviyyəsinin artması bəzi ərazilərdə təhlükə yaradıb:
"Şəhərin bir hissəsini sel sularından mühafizə edən bənddə çatlar yaranıb və həmin ərazidə torpaq sürüşməsi qeydə alınıb. İdarə tərəfindən layihə hazırlanaraq həmin ərazidə 300 paqon metr bəndin inşası nəzərdə tutulur".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.