Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb. Ermənistan XİN-i bildirib ki, tərəflər üçüncü ölkə vətəndaşlarının İrandan Ermənistan ərazisi vasitəsilə təxliyəsi məsələsinə toxunublar.
Eyni zamanda, Mirzoyan və Kallas Aİ-Ermənistan əlaqələri və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini də müzakirə ediblər.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sherg.az-a bildirib ki, Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri Ermənistanda ciddi narazılığa səbəb olub:

“Bu məsələ ətrafında geniş müzakirələr aparılıb. Erməni ekspertlər, deputatlar, hətta Avropa Parlamentinin bəzi üzvləri Azərbaycana qarşı ittihamlar səsləndiriblər. Hazırda Ermənistanın siyasi elitası Kaya Kallas ilə əlaqələrini genişləndirməyə çalışır. Bu baxımdan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Kaya Kallasla keçirdiyi telefon danışığı təsadüfi deyil. Bu, bir tərəfdən Aİ-Ermənistan münasibətlərinin müzakirəsinə yönəlmiş olsa da, digər tərəfdən regionda baş verən geosiyasi proseslərlə də sıx bağlıdır. Belə ki, Ermənistanın cənub qonşusu İran hazırda müharibə iştirakçısıdır və regionda qlobal əhəmiyyətli, sürətlə inkişaf edən proseslər müşahidə olunur. ABŞ-nin bu proseslərə cəlb olunması Avropa İttifaqı üçün də yeni suallar və çağırışlar doğurur. Ermənistan isə ABŞ ilə münasibətlərini yeni mərhələyə keçirmək niyyətindədir. Eyni zamanda ölkənin konstitusiyasına Avropa İttifaqına “üzvlük məsələsi”ni daxil etmək istəyirlər. Buna görə də qeyd olunan telefon danışığı bir tərəfdən Ermənistan-ABŞ münasibətləri kontekstində qiymətləndirilə bilər, digər tərəfdən isə Ermənistan-Azərbaycan münasibətləri ilə də əlaqəlidir. Avropa Siyasi İcmasının gələn il Ermənistanda və 2028-ci ildə Azərbaycanda planlaşdırılan sammitləri keçiriləcək. Sammitlər regionda sülh və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqı da bu sammitlər çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına böyük ümidlər bəsləyir”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.