AZ

Aİ-nin Xarici Siyasət Rəhbəri Kaja Kallas İsrailə qarşı sanksiyalar təklif edə bilər

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas İsrailə qarşı mümkün sanksiyaları nəzərdə tutan hesabat hazırlayıb.

Musavat.com xəbər verir ki, Avropa mətbuatının məlumatına görə, sözügedən sənəddə İsrailin Avropa İttifaqı ilə imzalanmış insan hüquqları ilə bağlı öhdəlikləri pozduğuna dair göstəricilərə diqqət çəkilir.

Bu gün Brüsseldə keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşündə Kallasın 2000-ci il Tərəfdaşlıq Sazişinin dayandırılması, İsrailə iqtisadi sanksiyaların tətbiqi və ya gömrük güzəştlərinin ləğvi məsələsini gündəmə gətirəcəyi gözlənilir.

Musavat.com

Seçilən
3
23
musavat.com

10Mənbələr