EN

"Barselona"nın ulduzu yeni sevgilisinin FOTOSUNU paylaşdı

"Barselona"nın kapitanı və qapıçısı Mark-Andre ter Ştegen şəxsi həyatında yeni bir səhifə açıb.

Publika.az xəbər verir ki, 7 ildən artıq evli olduğu Daniyele Yele ilə boşandıqdan sonra 33 yaşlı futbolçu həyatındakı dəyişiklikləri incə bir şəkildə paylaşmaq qərarına gəlib.

Ter Ştegen "Instagram" səhifəsinin hekayə bölməsində gün batımı fonunda bir qadınla romantik foto paylaşıb. Azarkeşlər və izləyicilər həmin sirli xanımın kimliyini tezliklə aşkar ediblər. Bu, model Ona Sellaresdir.

Yeni münasibət haqqında rəsmi məlumat olmasa da, insayderlər onların apreldən bəri birlikdə olduqlarını bildirirlər. Ona Sellares artıq "Barselona"nın bir neçə oyununda qonaq olub və hətta ter Ştegenin evindən paylaşdığı fotolarla münasibət şayiələrini daha da gücləndirib.

Xatırladaq ki, ter Ştegen bu ilin martında Daniyele ilə rəsmi olaraq boşandığını açıqlamışdı. Ayrılıqdan sonra yayılan xəyanət iddialarına cavab olaraq futbolçu şəxsi bəyanatla çıxış etmiş, keçmiş həyat yoldaşını və iki övladının anasını müdafiə etmiş və bu cür ittihamları qəti şəkildə təkzib etmişdi.

Chosen
7
publika.az

1Sources