Bakı. Trend:
“Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınmasıüçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərinAzərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq vəvəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılmasıüzrə Komissiyanın fəaliyyət qaydası”nda dəyişiklik edilib.
Trend xəbərverir ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi VüsalHüseynov müvafiq qərar imzalayıb.
Mövcud qanunvericiliyə əsasən, yüksəkixtisaslı mütəxəssislərinAzərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlbedilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilənproqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilərvə vətəndaşlığı olmayan şəxslər yüksəkixtisaslı miqrant hesabolunurlar.
Həmçinin, 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan vəya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyimüəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyitəqdirdə) əcnəbilər istisna olmaqla, Azərbaycanda daimi yaşamaqicazəsinin alınması üçün müraciət edən əcnəbilərin hər birininAzərbaycan qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri,habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədiləmüsahibə keçirilir.
Yeni qərara əsasən, həmin yüksəkixtisaslı miqrantlar bəhs edilənistisnalardan biri hesab olunacaq, onlar üçün də müsahibəkeçirilməyəcək.
Bundan əlavə, Azərbaycan daimi yaşamaq icazəsinin alınması üçünmüraciəti qeydə alınmış əcnəbiyə onun Azərbaycan qanunları ilənəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlıbiliyinin yoxlanılması məqsədilə keçiriləcək müsahibə barədə(müsahibənin vaxtı, keçiriləcəyi yer və s.) “Dövlət rüsumuhaqqında” Qanuna əsasən ödədiyi dövlət rüsumunun məbləğinə müvafiqolaraq həmin qanunda nəzərdə tutulmuş müddət nəzərə alınmaqlaonların müraciətindən 10 gün sonra şifahi və ya yazılı qaydadaməlumat verilir.
Yeni qərara əsasən, həmin yüksəkixtisaslı miqrantların 23 yaşınaçatmamış övladlarına və digər ailə üzvlərinə 5 gün sonra şifahi vəya yazılı qaydada məlumat veriləcək.
Məlumat üçün bildirək ki, qərar iyunun 11-də qəbul edilib,iyunun 18-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, iyunun19-dan qüvvəyə minib.