AZ

Azərbaycanda daim yaşamaq haqqında Qanunda dəyişikliklər olub

Ajans.az xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov müvafiq qərar imzalayıb. Mövcud qanunvericiliyə əsasən, yüksəkixtisaslı mütəxəssislərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə tətbiq edilən proqram çərçivəsində müraciətləri müsbət cavablandırılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yüksəkixtisaslı miqrant hesab olunurlar. Həmçinin, 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müvafiq təsdiqedici sənəd təqdim edildiyi təqdirdə) əcnəbilər istisna olmaqla, Azərbaycanda daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin hər birinin Azərbaycan qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması məqsədilə müsahibə keçirilir.
Seçilən
46
2
Ajans.az

3Mənbələr