EN

Cəlilabadda QƏZA: Ölən var

ain.az, Oxu.az saytına istinadən bildirir.

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı VAZ və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində Göytəpə şəhər sakini, 1957-ci il təvəllüdlü Əminağa Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
oxu.az

10Sources