İranda İsrailin kəşfiyyat xidməti "MOSSAD"la əməkdaşlıqda ittiham olunan Məhəmməd Əmin Məhdəvi Şeyəsteh edam olunub. O, 2023-cü ilin sonlarında saxlanılmış və “MOSSAD"a bağlı "kibertəhlükəsizlik qrupunun rəhbəri” kimi təqdim edilmişdi.
Sfera.az xəbər verir ki, bu barədə “Tasnim” və “Fars” xəbər agentlikləri məlumat yayıb.
İsrailin 13 iyun tarixində İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra, bu casusluq ittihamı ilə edam edilən üçüncü şəxsdir. İlk edam 16 iyun, ikinci isə 22 iyul tarixində həyata keçirilmişdi.
Casusluqda təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Beynəlxalq insan haqları təşkilatları isə İranda ədalətsiz məhkəmələr və sürətli edam qərarlarını davamlı şəkildə tənqid edirlər.
Regionda gərginliyin artdığı bir vaxtda baş verən bu edam beynəlxalq ictimaiyyətin diqqətindədir.
Bəsti Rəfizadə
Sfera.az