AZ

İranda onlarla casus həbs edildi - Nə ediblər?

İranın şimalındakı Gilan əyalətində onlarla insan İsraillə əməkdaşlıq ittihamı ilə həbs edilib.

Ölkə.Az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan 36-sı ictimai asayişi pozmaqda, İsraillə əməkdaşlıqda, pilotsuz təyyarələrlə hərbi obyektlərin fotolarını çəkməkdə, yanğın törətməkdə, partlayıcı maddələr hazırlamaqda ittiham olunur.

Saxlanılanlardan 15 telekommunikasiya cihazı, bir pilotsuz uçuş aparatı, dörd əldəqayırma bomba, iki "Starlink" internet qəbuledicisi, 50 partlayıcı qurğu və 39 qeyri-qanuni elektron cihaz götürülüb.

Bundan öncə İran İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda ittiham olunan Məhəmmədəmin Mehdavi-Şayesteh barəsində edam hökmünü icra edib.

Bu, 24 saat ərzində ikinci belə edamdır: bazar günü, həmçinin İsraillə əlaqədə olmaqda ittiham olunan siyasi məhbus Məcid Məsibi edam edilib.

"Mizan" bildirir ki, məhkumların hamısı "İsrailin xeyrinə casusluq və kəşfiyyat fəaliyyətində" günahlandırılıb.

Seçilən
7
50
olke.az

10Mənbələr