EN

170 nömrəli marşrut nə vaxt yenilənəcək? - AÇIQLAMA

Ötən ilin noyabr ayında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakının Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 170 nömrəli avtobus marşrutunu müsabiqəyə çıxarıb.

Operativ Media-nın xəbərinə görə, bu ilin yanvar ayında isə 170 nömrəli marşrut üzrə hüquqi şəxs “"Xaliq Faiqoğlu" MMC qalib elan olunub.

Lakin, üzərindən 5 ay keçməsinə baxmayaraq hələ də xəttə yeni marşrutlar buraxılmayıb.

Mövzu ilə bağlı daşıyıcı şirkət ilə əlaqə saxladıq.

Şirkətdən saytımıza bildirildi ki, qeyd olunan xətt üzrə müasir standartlara cavab verən avtobusların təqdim edilməsi planlaşdırılır:

"Bildirmək istəyirik ki, xəttin istismarı üzrə müsabiqənin qalibi “Xaliq Faiqoğlu” şirkəti seçilmişdir. Tərəfimizdən qeyd edilən xəttə müasir standartlara cavab verən avtobusların təqdim edilməsi planlaşdırılır. Yaxın vaxtlarda xəttin yenilənməsi prosesi baş tutacaqdır".

1Sources