ain.az, Qol.az saytına istinadən bildirir.
"Real" yeni baş məşqçisi Xabi Alonso ilə ilk qələbəsini qazanıb.
QOL.az xəbər verir ki, Madrid təmsilçisi Klublararası dünya çempionatının 2-ci turunda Meksikanın "Paçuka" klubunu məğlub edib - 3:1.
Komandanın baş məşqçisi oyundan sonra FİFA-nın saytına açıqlamasında fikirlərini bölüşüb: "Qırmızı vərəqə görəndə oyunun çox çətin olacağını bilirdim. Matça bütün yanaşmamızı dəyişməli olduq. Xoşbəxtlikdən komanda bunu çox yaxşı başa düşdü.
Oyunun gedişatının öhdəsindən gəlmək üçün düşüncə, fədakarlıq və nizam-intizamla oynadıq. Bilirdik ki, bizim üçün uzun bir oyun olacaq. 10 nəfərlə oynayaraq sonda 3:1 hesablı qələbə qazanmaq heyrətamizdir”,
"Real" iki turdan sonra 4 xalı var və H qrupunda birincidir. Komanda növbəti matçını iyunun 27-də “Zalsburq”a qarşı keçirəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.