EN

Bank kartlarından 32 mindən çox pul oğurlandı

Vətəndaşların bank kartlarından iyunun 21-də və 22-də 32 min manatdan çox pul oğurlanıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 21-də və 22-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub:

“Oğurlanmış məbləğlər arasında 20000, 9500, 1731, 535, 393, 224, 89 və 72 manat kimi rəqəmlər qeydə alınıb. Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz”.

DİN vətəndaşları bir daha xəbərdar edir ki:
• Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun,
• SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın,
• Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın.

Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.

Chosen
11
28
konkret.az

10Sources