EN

Duşan Tadiç “Qarabağ”a gəlir?

Türkiyənin “Fənərbağça” klubundan bu yay ayrılmış məşhur futbolçu Duşan Tadiç karyerasını Azərbaycanda davam etdirə bilər.

Arena.az xəbər verir ki, bu barədə qardaş ölkənin “haberler.com” saytı Niderland mətbuatına istinadən məlumat yayıb.

“Qarabağ”ın 36 yaşlı serbiyalı yarımmüdafiəçi ilə maraqlandığı bildirilib. Ölkə çempionu rəsmilərinin Tadiçin agenti ilə əlaqə saxladığı da xəbərdə yer alıb.

Xatırladaq ki, Duşan Tadiç 2023-cü ilin yayından “Fənər”in sıralarında idi. Serbiyalı sağ vinger İstanbul klubunun heyətində 109 oyun keçirib, 29 qol və 35 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Ayaks”, “Sauthempton”, “Voyvodina”, “Tvente” və “Qroningen” kimi klublarda da forma geyinib.

Tadiç 2008-ci ilin dekabr ayında debüt etdiyi Serbiya yığmasında bütövlükdə 111 oyun keçirib, 23 qol vurub, 40 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 36 yaşlı vingerin transfer dəyərini 2,2 milyon avro məbləğində qiymətləndirir.

Chosen
152
31
arena.az

10Sources