EN

Ukrayna Rusiya İHA-larının 82 faizini məhv edib

Yazını böyüt
Yazını kiçilt

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Oleksandr Sirski bildirib ki, rusların Ukraynaya qarşı intensiv hava hücumları ilə üzləşən Kiyev texnikanın olmamasına baxmayaraq “Şahid” tipli silahlı pilotsuz uçuş aparatlarının (PUA) 82 faizini zərərsizləşdirib.

Hafta.az-ın yazdığına görə, Sirski bildirib ki, Ukrayna təyyarələri yaşayış məntəqələrini və mühüm infrastruktur obyektlərini müdafiə etmək üçün lazımdır. "Bizim zenit idarə olunan raketləri bərpa etməli olduğumuz üçün, mobil atəş qrupları “Şahid”lərdən qorunmaq üçün prioritetdir" deyib Sirski.

Ukraynanın müttəfiqlərindən alınan yardımlara işarə edən Sirski, "Rus hücum PUA-larına qarşı effektivliyimizi artıracaq müasir silahlara və naviqasiyaya malik müasir yüngül təyyarələr alırıq. Başda Kanada olmaqla tərəfdaşlarımızla apardığımız əməkdaşlıq, helikopterlərimizin döyüş qabiliyyətini artıran müasir müşahidə və hədəf təyinetmə sistemlərinə sahib olmağımıza imkan verir" deyib.

Bundan əlavə, Ukraynanın yüzlərlə taktiki radar sisteminə ehtiyacı olduğunu bildirən Sirski, bu sistemlərin İHA-ların qarşısını almağa kömək etdiyini bildirib.

Chosen
8
hafta.az

1Sources