EN

Son 7 ildə bank kreditləri iki dəfədən çox artıb

Müasir maliyyə infrastrukturunun əsas sütunlarından biri olan kredit hesabatlılığı sisteminin əhəmiyyəti artıq geniş şəkildə qəbul olunur. Kredit məlumatlarının toplanması, saxlanması, hesablanması və paylaşılması istənilən ölkənin maliyyə sabitliyi, risklərin idarə olunması və iqtisadi inkişafında həlledici rol oynayır.

Valyuta.az məlumatına görə, bu fikirləri "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Zakir Nuriyev Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxışı zamanı bildirib.

O qeyd edib ki, 2024-cü ildə bank sektorunun aktivləri 2018-ci illə müqayisədə 80 faiz artaraq 53 milyard manata çatıb. Kredit portfelinin həcmi isə son yeddi ildə 125 faiz artaraq 29,3 milyard manat təşkil edib.

Mayya Hüseynova

Chosen
21
valyuta.az

1Sources