EN

Yakut qızla Qalaaltı meşəsində tanışlıq: Haradan bilə bilərdim ki...

Bilmirəm özüm düşünmüşəm, yoxsa oxumuşam, ya kimdənsə eşitmişəm: Ən gözlənilməz, maraqlı süjeti Allah yazır. Ən sürpriz ssenari həyatdan gəlir.

Haradan bilə bilərdim, bir yakut qızla Siyəzənin Qalaaltı meşəsində rastlaşacağıq? Yaxında dərədən nazik çay axırdı, manqalda kabab tüstüləyirdi.

Ötən əsrin 80-ci illərinin ikinci yarısında Yakutiyada, bu muxtar bölgənin yuxarı uc nöqtəsində, Lena çayının Şimal Buzlu okeanının Laptevlər dənizinə tökülən yerində - Tiksi-3 qəsəbəsində hərbi xidmətdə olmuşam. Altı ay qaranlıq, altı ay işıqlı olan, qışda şaxtanın mənfi 55-60 dərəcəyə endiyi qasırğalı şimal diyarından ağır, unudulmaz yaşantılarla ayrılacaqdım.

Xırda, alçaq qarlı təpələr şüurumun "şarik"lərini oynadır, logikadan kənar belə bir təəssürat quraşdırırdı; elə bilirdim, nə zamansa buralarda olmuşam!

Yayda Lena çayıyla Yakutiyaya qədər gəmiylə, ardınca qatarla Primorsk krayına ezamiyyətə gedəcəkdik; çayqırağı meşədə sanki gizlədilmiş kiçik kəndləri görəndə buralarda qalmaq ürəyimdən keçəcəkdi.

Amma bizim fiziki varlığımız ruhi tələbatımızla heç də həmişə sazişə girə bilmir.

Tayşet... Kiçik Sibir şəhərin adının nəylə əlamətdar olduğunu xatırladız? Hüseyn Cavid burada sürgündə olmuş, burada vəfat eləmiş, buradan da nəşi ölkəmizə gətirilmişdi.

Chosen
9
publika.az

1Sources